“AZAL-Miles”ın “COVID-19” pandemiyası ilə bağlı müntəzəm uçuşların dayandırılması səbəbindən bütün bonus ballarının etibarlılığı müddəti avtomatik olaraq 2020-ci ilin dekabrın 31-dək uzadılıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin yaydığı məlumatda qeyd edilib.  

Məlumatda vurğulanır: "Müntəzəm uçuşların yaxın zamanda bərpa ediləcəyinə ümid edirik, lakin hər hansı dəyişikliklər olarsa, sizə əvvəlcədən xəbər verəcəyik”.