Dünyanın bir sıra ölkələrində “İnstagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Bu barədə məşhur internet resursların işini izləyən "Downdetector" xidməti bildirib.

Sosial şəbəkənin işindəki nasazlıqlardan ən çox ABŞ, Argentina, Böyük Britaniya həmçinin Braziliya və Avstraliyadan olan istifadəçilər şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin əksəriyyəti (təxminən 92%) xəbər xəttinə baxışda problemlərlə üzləşib, daha 3% istifadəçi öz hesabına girə bilmir.report