Bir sıra ölkələrdə çərşənbə günü populyar sosial şəbəkələrdən biri olan “İnstagram”ın fəaliyyətində nasazlıq yaranıb.
Bu barədə sosial şəbəkələrin işini araşdıran “Downdetector” saytı bildirir.
““İnstagram” istifadəçilərinin 61%-i lenti yeniləyə, 24%-i proqrama daxil ola, daha 13%-i isə “Story”ləri nəzərdən keçirə bilmir”.
Sosial şəbəkənin fəaliyyətində problemlər ən çox ABŞ, Braziliya və Almaniyada qeydə alınıb. Həmçinin Böyük Britaniya, Fransa, Niderland, İtaliya, Avstriya və İsveç sakinləri də sosial şəbəkənin xidmətindən yararlanmaqda çətinliklərlə üzləşiblər.
““İnstagram”ın işində problem ABŞ-ın şərq sahillərinin vaxtı ilə 11:53-dən (Bakı vaxtı ilə 19:53-dən) müşahidə olunur”, - deyə məlumatda bildirilir.