Finans.az Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2018-ci il ərzində dövlət büdcəsinə ödədiyi mənfəət vergisini müəyyən edib.

İqtisadiyyat.az finans.az-a istinadən xəbər verir ki, sığorta şirkətlərinin 31 dekabr 2018-ci il üzrə açıqladıqları hesabata əsasən 14 sığorta şirkəti bu il mənfəətindən vergi ödəyib. Digər sığorta şirkətləri isə zərərdə olduqları və ya 2017-ci ili zərərlə başa vurduqları üçün mənfəət vergisi ödəməyiblər. (Qeyd edək ki, cari ödəmələr şəklində mənfəət vergisi ötən ilin mənfəətinə mütənasib olaraq hesablanır).

2018-ci il üzrə ən çox mənfəət vergisi ödəyən sığorta şirkətlərinin ilk beşliyi belə olub:

Sığorta şirkəti Vergi məbləği
(manat)
“Paşa Sığorta” 5 934 008
“Paşa Həyat Sığorta” 5 508 072
“Atəşgah Həyat” Sığorta 1 651 058
“Meqa Sığorta” 1 189 172
“AZSIĞORTA” 1 011 519