Ötən gecədən etibarən Azərbaycanın şimal bölgəsinin bəzi rayonlarında yenidən sulu qar və qar yağıb.
Ən çox qar Xızı rayonunda qeydə alınıb.
Belə ki, hazırda Xızıda qar örtüyünün hündürlüyü 30-35 sm-dən çoxdur.
Şimal rayonlarının digər dağlıq ərazilərində də sulu qar və qarın yağması davam edir. Həmçinin Quba, Qusar rayonlarında şaxtalı hava müşahidə olunur.report