“İranda aşkarlanan koronavirus təhlükəsinə görə sərhəddə profilaktik tədbirlər yüksək səviyyədə həyata keçirilir”. 

Bunu açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib. 

İdarə rəisi qeyd edib ki, koronavirus təhlükəsi yaranandan bütün sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimi tətbiq olunur, profilaktik tədbirlər görülür: “Hazırda nəinki İranla sərhəddə, ümumiyyətlə bütün sərhəd-keçid məntəqələrində avtomobillər dezinfeksiya olunur, termovizorlar vasitəsilə insanların hərarəti ölçülür. Şübhəli vəziyyət olanda həmin şəxslər aidiyyəti üzrə təhvil verilirlər”. 

(APA)