Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zamanət Fondu (İKZF) ASC–nin AZ2038008689 ISIN-li, 20 mln. manat həcmində, 23 il tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən verilən məlumata görə, sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 milyon manat olub.
İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 20 milyon manat təşkil edib. İstiqrazların ödəmə tarixi 23 mart 2042-ci ildir.