iAppleBytes mütəxəssisləri İOS sisteminin yenilənməsinin köhnə iPhone modellərinin məhsuldarlığına müsbət təsir göstərdiyini iddia edirlər.
"Finans.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspertlər iPhone Xr, 8 və köhnə 7, 6s və SE smartfonların sistemlərini yeniləyərək Geekbench-də test keçiriblər. Nəticədə aparatların daha sürətli işlədiyi aşkarlanıb.
Yutuberlər isə sistemin yenilənməsinin köhnə iPhone-ların işləmə sürətini azaltdığını bildirirlər, əsasən problemin kökü işlənmiş batareya və köhnə prosessora bağlı olur.
Qeyd edək ki, 2019 il dekabrın 10-da yeni İOS 13.5 versiyası smartfon istifadəçilərinə təqdim olunub.