Çin hökuməti son 24 saat ərzində ölkədə koronavirusdan ölüm halının olmadığını açıqladı.
 

Türkiyənin “Sözcü” qəzeti xəbər verir ki, bununla da, son 6 gündür ki, Çində koronavirusdan ölüm halı qeydə alınmır. 
Virusun meydana çıxdığı ölkə olan Çində daha bir müsbət addım müşahidə olunub. Belə ki, ABŞ prezidenti Donald Trampın “yoluxma və ölüm hallarını düzgün açıqlamırlar” deyə tənqid etdiyi Çin hökuməti, hazırkı vəziyyət barədə ictimaaiyyətə məlumat verib. Bəlli olub ki, son 24 saat ərzində ölkədə sadəcə 10 nəfər koronavirusa yoluxub.
Qeyd edək ki, indiyə qədər dünyada 2 milyon 639 min 874 nəfər COVID-19 virusuna yoluxub və nəticədə 184 min 280 nəfər dünyasını dəyişib.