"YouTube" şirkətinin CEO-su Suzan Vogizki (Susan Wojcicki) platforma ilə bağlı son rəqəmləri açıqlayıb.
"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə "YouTube"un aylıq istifadəçi sayı 2 milyarda çatıb. Bu rəqəmə isə yalnız platformada hesab açmış istifadəçilər daxildir.
Qeyd edək ki, ötən ilin eyni dövründə "YouTube"un aylıq istifadəçi sayı 1,8 milyarda yaxın idi ki, bu da hazırda 11% artım olduğunu göstərir.
"YouTube"un televiziya üzərindən izlənmə statistikasını açıqlayan CEO aylıq istifadənin 250 milyon saata çatdığını söyləyib. Ötən il isə bu rəqəm 180 milyon saat həddində idi. Bu isə ağıllı televizorlar vasitəsilə izlənmə saatının 39% artdığına işarə edir.