"TikTok" Rusiyada qüvvəyə minən saxta qanunlarla bağlı yeni məzmunların və canlı yayımların yayılmasını dayandıracaq.
Bu barədə şirkət açıqlama verib.
"Ən yüksək prioritetimiz əməkdaşlarımızın və istifadəçilərimizin təhlükəsizliyidir və Rusiyanın yeni "saxta xəbərlər" qanunu fonunda bizim video xidmətimizdə canlı yayımları və yeni məzmunu dayandırmaqdan başqa seçimimiz yoxdur. Biz bunun təhlükəsizliklə bağlı nəticələrini nəzərdən keçiririk. Bizim mesajlaşma xidmətimiz bundan təsirlənməyəcək", - deyə şirkətin açıqlamasında bildirilir.