Bu ilin II rübündən "Samsung Electronics Co." şirkətinin əməliyyat mənfəəti təxminən 6,8 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 22,7% çoxdur.

Bu barədə şirkətin mənfəət və zərər proqnozu üzrə hesabatında deyilir.

Qeyd olunub ki, əməliyyat mənfəəti rüblük müqayisədə 25,6% artıb.

Hesabat dövründə "Samsung"un ümumi satışları təxminən 43 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3%, rüblük müqayisədə isə 6% azalıb.APA