ABŞ tərəfindən "Huawei"yə qarşı qəbul olunan sanksiyaların ardından "Facebook" da texnologiya nəhənginə qarşı qadağalarını açıqlayıb.
"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "Facebook" "Huawei" ilə əməkdaşlığı dayandırıldığını bildirib.
Belə ki, bundan sonra "Facebook" və "Messenger" kimi tətbiqlər yeni alınmış "Huawei" smartfonlarında əvvəlcədən yüklənmiş olmayacaq. Lakin bu tətbiqləri smartfon istifadəçiləri "Play Store"dan endirə biləcəklər.