Feysbuk sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
Bu barədə populyar internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.
Sosial şəbəkədəki problemlər ABŞ-ın şərq sahilyanı ərazilərindəki şəhərlərdə yerli vaxtla saat 21:31-də (Bakı vaxtı ilə saat 06:31) müşahidə olunmağa başlayıb. Feysbukun işindən Birləşmiş Ştatlarla yanaşı, Niderland və Böyük Britaniyada da şikayətlənirlər.
Sosial şəbəkə istifadəçilərinin təxminən 56 faizi hesablarında problemlərin yaranmasından, daha 25 faizi feysbukun tamamilə işləməməsindən, 18 faizi paylaşım lentinə baxa bilməmələrindən gileyləniblər.