Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) 6 filialına yeni direktor təyin edilib.
Məlumata görə, “Azərsığorta”nın Tər-Tər filialının direktoru Oqtay İmran oğlu Nurəliyev vəzifəsindən azad edilərək şirkətin bir qədər əvvəl bərpa edilmiş Səbail filialının direktoru təyin olunub. Onu əvvəlki vəzifəsində isə Tər-Tər filialının baş mühasibi Orxan Qanbay oğluTanrivadizadə əvəz edib.
Bundan başqa, “Azərsığorta”nın 3 filialının direktoru öz istəyi ilə işdən çıxıb və onların yerinə təyinat olub. Belə ki, Şirvan filialının direktoru Ramiz İsmayıl oğlu Nəcəfov Qismət Alik oğlu Əsədovla, Biləsuvar filialının direktoru Qabil Qədir oğlu Bağırov Güloğlan İsa oğlu Nağıyevlə, Tovuz filialının direktoru Elnur Məzahir oğlu Süleymanov isə Hafiz İmran oğlu Əliyevlə əvəz olunub.
Bundan başqa, şirkətin bir qədər əvvəl vəfat etmiş Lənkəran filialının direktoru Ağarza Mehrəli oğlu Mehrəliyevin yerinə təyinat olub. Bu vəzifə Maarif Arif oğlu Bayramova həvalə edilib.