"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə tərəfindən aprel ayında elan olunan dəyişiklik bu gün rəsmi olaraq tətbiq olunmağa tbaşlayıb. Belə ki, bu gündən etibarən Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya, Yeni Zelandiyada "Instagram" istifadəçilərinin paylaşımlarına edilən bəyənmə sayını yalnız özləri görə biləcək.
Hazırda "Twitter"də ən çox müzakirə olunan mövzu haqqında şirkət bu açıqlamaları verib:
"Hazırda bəzi şəxslərin ümumi bəyənmə və video baxış sayını gizləyən testi bu ölkələrdə həyata keçiririk: Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya və Yeni Zelandiya".
"Dostlarınızın paylaşdığınız fotoşəkillərə və videolara fokuslanmasını istəyirik, onların nə qədər bəyənmə aldıqlarına deyil. Öz bəyənmə sayınızı sizin kimlər tərəfindən bəyənildiyinizi göstərən siyahıya klikləyərək görə bilərsiniz, lakin dostlarınız sizin payıaşımınızın nə qədər bəyənmə topladığını görə bilməyəcək"