Texnologiya və proqram nəhəngi "Microsoft" şirkəti saxta xəbərlərə qarşı mübarizə üçün "Facebook" və "İnstagram" reklamlarını bloklamaq qərarı verib.
ABŞ-da tədricən reklamları dayandıran şirkət, daha sonra bütün dünyada reklamları dayandırıb.
"Microsoft"un marketinq mütəxəssisi Kris Kaposela hər iki platformada reklamların davam etməsi üçün tələb olunan şərtlər barədə danışıqları davam etdirdiklərini açıqlayıb:
“Reklamların davam etməsi atılacaq müsbət addımlardan asılıdır, amma hələlik bu qərar avqustun sonuna qədər davam edəcək”.redaktor.az