Logo

20 yaşlı gənc "EGE Hospital"da vəfat etməyib - AÇIQLAMA


Bu gün "Ege Hospital"da ölüm hadisəsi baş verməsi ilə bağlı yayılan xəbərlər özünü doğrultmayıb. 

“Ege Hospital”dan İqtisadiyyat.az-a verilən məlumata görə, Sabirabad rayon sakini, 20 yaşlı Şamxal Məmmədov hospitalda vəfat etməyib:

“Sözügedən şəxs döyülmüşdü. Təcili tibbi yardıma ambulansla gətirilib, hospitala daxil olmamış da dünyasını dəyişib. Həmin şəxs bizim hospitalın xəstəsi deyil. Başqa bir klinikadan ağır vəziyyətdə müayinə üçün gətirilib, lakin heç kompüter müayinəsi belə aparılmadan ürəyi dayanıb.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Sosium,
12.09.2019 18:38 799
Teqlər: