Logo

"Bakı Metropoliteni" istismar müddəti bitmiş vaqonların silinməsi üzrə işlər aparır


"Bakı Metropoliteni" QSC tərəfindən istismar müddəti bitmiş vaqonların silinməsi üzrə işlər aparılır.

Redaktor.az xəbər verir ki, bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, ötən il istismardan çıxarılan vaqonlar artıq siliniblər: "Bu il yeni qatarların gətirilməsi ilə bağlı istismar müddəti bitmiş vaqonların silinmə prosesinə artıq başlanılıb. Bu iş Əmlak Məsələləri Dövlət Komitəsi ilə davamlı olaraq aparılır".

Hazırda "Bakı Metropoliteni"nin balansında 315 vaqon var ki, bunlardan 25-i silinəcək. Köhnə vaqonlar dünya praktikasında olduğu kimi doğranılaraq xammal şəklinə gətirilir.

"Onların bir nümunəsi eksponat kimi saxlanılacaq", - deyə B. Məmmədov əlavə edib.

Nəqliyyat,
12.09.2019 21:00 18
Teqlər: İqtisadiyyat.Az, nəqliyyat,