Logo

Rusiyada yol hərəkəti qaydalarını ən çox bu ölkələrdən gələn sürücülər pozur - Azərbaycan da var


Rusiyanın Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Federal Gömrük Xidməti və Federal Təhlükəsizlik Xidməti yol hərəkəti qaydalarını pozan xarici nömrə nişanlı avtomobillərin sahiblərini cərimələməyə imkan verən sistem hazırlayacaqlar.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, xrici sürücülərin cəzalandırılması problemi uzun illərdir müzakirə olunur, lakin hələ də effektiv həll yolu yoxdur. Bildirilir ki, ən kəskin problem paytaxt Moskvadadır. Son il yarım ərzində şəhərdə xarici dövlət nömrə nişanlı avtomobillər tərəfindən yol hərəkəti qaydaları 1,86 milyon dəfə pozulub. Lakin, yalnız 28,8 min sürücü haqqında qərar qəbul edilib. Bu isə o deməkdir ki, yol hərəkəti qaydalarını  pozan əcnəbilərin 98% -dən çoxu haqqında məlumat yoxdur.
Məlumatda həmçinin bildirlir ki, yol hərəkəti qaydalarını pozanların çoxu Ukrayna (24 min avtomobil), Ermənistan (1,75 min) və Moldova (1,47 min) nömrə nişanlı avtomobillər olub. İlk 10-luqada Bolqarıstan, Gürcüstan, Almaniya, Latviya və Azərbaycan qeydiyyatı olan avtomobillər də yer alıb.

Dünya,
12.09.2019 16:00 22
Teqlər: İqtisadiyyat.Az, dünya,