Logo

Uçot dərəcəsi aşağı endirildi - Türkiyədə


Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

"Finans.az" türk mediasına istinadən xəbər verir ki, Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsi uçot dərəcəsini 3,25% azaldaraq 16,50%-ə endirib.

Qeyd edək ki, Türkiyədə uçot dərəcəsi daha əvvəl 19,75% həddində idi.

Qərarın ardından TRY/USD nisbəti 5,75 həddindən 5,68 həddinə enib.

Maliyyə,
12.09.2019 15:22 38
Teqlər: İqtisadiyyat.Az, maliyyə,