Logo

Vilayət Eyvazov Emin Zeynalovu rəis təyin etdi


Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis polkovnik-leytenantı Emin Zeynalov Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi təyin olunub.

İqtisadiyyat.Az bildirir ki, xəbəri Suraxanı Rayon Polis İdraəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov bir müddət öncə , Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub.

Sosium,
12.09.2019 15:03 19
Teqlər: sosium, İqtisadiyyat.Az,