Logo

8 ayda 24 milyard manatı nələrə xərcləmişik? - SİYAHI


2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9% üstələyərək 24,2 milyard manata bərabər olub.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 12,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-avqust aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6% və 3,2% artıb.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2018-ci ilin yanvar-avqust aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 24 175,2 102,9
o cümlədən:
ərzaq məhsulları 11 078,3 102,8
içkilər və tütün məmulatları 1 139,8 100,5
toxuculuq məhsulları, geyim və ayaqqabılar 4 343,8 102,9
elektrik malları və mebellər 1 471,8 102,5
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 199,9 102,6
əczaçılıq və tibbi mallar 317,7 103,1
avtomobil yanacağı 1 337,7 101,9
digər qeyri-ərzaq məhsulları 4 286,2 104,1

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%- elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 %-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,6%-i ticarət müəssisələri, 49,3%-i fərdi sahibkarlar tərəfindən, 30,1%-i isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3%, fərdi sahibkarlar üzrə 0,1% artmış, bazar və yarmarkalarda isə 5,2% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 154,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Sosium,
12.09.2019 14:11 36
Teqlər: İqtisadiyyat.Az, sosium,