Logo

Metronun Bənövşəyi xəttinin yeni stansiyası tikiləcək - AÇIQLAMA


“Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyasının yaxınlığında Bənövşəyi xəttin yeni stansiyası tikiləcək".

İqtisadiyyat.Az xəbər verir ki, bunu qurumun sədr müavini Hidayət Məmmədov deyib.

“Şərti adı "B7" olacaq stansiya "Xətai" stansiyası ilə birləşəcək. Son nəticədə burdan “Avtovağzal” stansiyasına qədər getmək olacaq”, - o bildirib.

H.Məmmədov metronun "Cəfər Cabbarlı" stansiyasının "Nizami" stansiyası ilə birləşdirilməsi barədə planın da gündəmdə olduğunu qeyd edib: “Bunun üçün tunelin tikintisi metronun inkişaf konsepsiyasına uyğun aparılacaq”.

Nəqliyyat,
12.09.2019 12:49 21
Teqlər: İqtisadiyyat.Az, nəqliyyat,
İstinad: Report