Logo

Birinci sinfə gedən 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə


Heydər Əliyev Fondu 17 min aztəminatlı ailənin övladına, uşaq evləri və internat məktəblərində məskunlaşan şəxslərə məktəb ləvazimatları hədiyyə edir. 

Fonddan  verilən məlumata görə, hədiyyələr bu il birinci sinfə gedən şagirdlərə verilir.

Fondun sifarişi ilə Bakı və müxtəlif regionlardan olan uşaqlar üçün hazırlanan bu hədiyyə dəstləri çanta və müxtəlif məktəb ləvazimatlarından ibarətdir.

Hədiyyələr sentyabrın 15-dək bölgələr üzrə bütün ünvanlara çatdırılacaq.

Sosium,
12.09.2019 10:28 14
Teqlər: İqtisadiyyat.Az, sosium,