Logo

Maliyyə Bazarlarına Nəzarət Palatası sorğu elan edib


Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası kotirovka sorğusu elan edir.

"Finans.az" xəbər verir ki, sorğu elektron xidmətlər portalına texniki dəstək göstərilməsi xidmətinin satın alınması məqsədilə elan edilib.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyən şəxslər əsas şərtlər toplusunu Bakı şəhəri, Bülbül prospekti 27 nömrəli ünvandan – Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasından əldə edə bilərlər (əlaqələndirici şəxs – Ələmqulu Quliyev. alamgulu.guliyev@fimsa.az telefon- (+99412) 493-50-58/346; Faks: +99412 498-12-14). İddiaçılar imzalanıb möhürlənmiş kotirovka təkliflərini (əlavə olaraq qiymət cədvəli və şərtlər toplusunda göstərilən sənədlər) 16 sentyabr 2019-cu il saat 17.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

Kotirovka sorğusu proseduru Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasının 3-cü mərtəbəsində 17 sentyabr 2019-cu il saat 11.00-da başlanacaq.

Maliyyə,
11.09.2019 09:29 16
Teqlər: İqtisadiyyat.Az, maliyyə,