Logo

Rusiya Ermənistandan balıq idxalını qadağan etdi


Rusiyanın Dövlət Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistandan balıq idxalına müvəqqəti qadağa tətbiq edib.

Trend-in məlumatına görə, qərar “Qoyteks” şirkətinin balıq məhsullarında “zelyonka” məhlulunun aşkar olunması ilə əlaqədardır.

Qeyd olunur ki, sentyabrın 5-dən etibarən bu müəssisənin məhsullarının Rusiyaya idxalına məhdudiyyət qoyulub.

Bundan başqa, Qazaxıstandan idxal olunan süd məhsulunda bağırsaq çöpünü aşkar olunması ilə əlaqədar bu məhsulun idxalı da qeyri-müəyyən müddətə qadağan edilib.

Dünya,
04.09.2019 12:45 31
Teqlər: İqtisadiyyat.Az, dünya,