Logo

Beynəlxalq bank qrupu qızıl qiyməti proqnozlarını yüksəltdi


Fransanın beynəlxalq bank qrupu "BNP Paribas" qızıl qiyməti proqnozlarını yüksəldib. Quruma görə, qiymətli metalda orta qiymət 2020-nin ilk rübündə 1600 dolları aşacaq.
"Marja" xəbər verir ki, "BNP Paribas SA"ya görə, Fed-in ABŞ-da yavaşlayan iqtisadi artım və Çin ilə ticarət müharibəsinin mənfi təsiri ilə mübarizə aparmaq üçün faiz endiriminə başlaması ilə qızılın unsiyasının qiyməti 1600 dolları aşacaq.

Bankın əmtəələrin tədqiqatı departamentinin rəhbəri Harry Tchilinguirian, "Fed-in bu ay və 2020-ci ilin İyun arasında gedəcəyi 25 bəndlik 4 faiz endiriminə yönəlməsinə görə qızıl bahalaşacaq. Hər endirimdə nominal faizlərin aşağı düşməsi ilə yanaşı real faizlər mənfi bölgəyə gedəcək və orada qalacaq. Bu da qızıl saxlamağın cazibəsini artıracaq", -deyib.

Qızıl, bu il, ABŞ - Çin ticarət müharibəsinin qlobal iqtisadi artıma mənfi təsir etməsilə artan "etibarlı liman" tələbindən dəstək alaraq bahalaşıb. Fed də daxil olmaqla mərkəz bankların pisləşən iqtisadi vəziyyətə görə daha ekspansionist olmaları qızıla tələbi artırıb.

Fed on ildən bu yana ilk dəfə İyulda borc faizlərini endirib və 17 - 18 Sentyabr iclasında  da yenə faiz endirimi edəcəyi gözlənilir. İnvestorlar isə belə bir şəraitdə "exchange traded" fondlarındakı (ETF) qızılın miqdarını artırırlar.

Ticarət müharibəsinin böyük bir ehtimalla sürətli bir şəkildə həll edilməyəcəyini bildirən Tchilinguirian, "Bu şərtlərdə qızıl etibarlı aktiv kimi ənənəvi rolunu oynamağa davam edir və ETF-lərdəki qızıl miqdarı 2012-ci ildən bu yana ən yüksək səviyyəsinə yönəlib",- deyib.

"BNP Paribas" 2019 və 2020-ci illər üçün qızıl qiymət proqnozlarını yüksəldib. Qurum, qızılın 2019-cu ildə orta hesabla 1400 dollar, (əvvəlki proqnozdan 60 dollar çox) 2020-ci ildə isə 1560 dollar olacağını gözləyir. Banka görə, 2020-nin ilk rübündə orta qiymət 1600 dolların üzərinə qalxacaqdır.

Birja,
04.09.2019 11:29 30
Teqlər: İqtisadiyyat.Az, birja,