Logo

Azərbaycan veb-saytlarının 2,4%-i fişinq hücumuna məruz qalır


Azərbaycanın ".az" domenində qeydiyyatdan keçən saytlardan hər 42-si nəticə etibarı ilə bir uğurlu fişinq hücumuna məruz qalır.APA-nın xəbərinə görə, bu barədə "Netcraft" analitik şirkətin yaydığı məlumatında deyilir.

Qeyd edək ki, bu günə ".az" domenində qeydiyyatdan keçən saytların sayı 32 993 ədəd təşkil edir.

Şirkətin məlumatına əsasən, saytların 785-i fişinq hücumuna məruz qalıb ki, bu rəqəm milli domendə qeydiyyatdan keçən saytların 2,4%-ni təşkil edir.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 257, Rusiyada – 391, Belarusda – 575, Qazaxıstanda – 755, Özbəkistanda – 574, Qırğızıstanda – 261, Gürcüstanda – 190, Ermənistanda isə 205 sayta bir uğurlu fişinq hücumu düşür.

İKT,
03.09.2019 17:15 30
Teqlər: İqtisadiyyat, İKT, sayt, hücum, fişinq, Azərbaycan, veb-sayt,