Logo

Ermənistanda işsizlərin sayı artıb


Ermənistanda iş axtaran qadınların sayı kişiləri əhəmiyyətli dərəcədə üstələyir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, bu ilin birinci rübündə ölkədə 2 065 600 nəfər əmək ehtiyatı qismində təqdim olunub. Onlardan 1 115 900 nəfəri qadın, 949 700 nəfəri kişidir.

2018-ci ilin birinci rübündə Ermənistanda 2 034 500 nəfər əmək ehtiyatı qismində qeydə alınmışdı.

Eyni zamanda, bu il ərzində Ermənistanda 253 600 işsiz qeydiyyata alınıb, ötən il bu rəqəm 237 600 nəfərə bərabər idi.

Dünya,
03.09.2019 09:44 38
Teqlər: İqtisadiyyat, dünya, Ermənistan, işsiz, əhali, say, artım, ölkə, dövlət, statistika, komitə, hesabat,