Logo

Təyyarə bileti alıb uçmayan sərnişin 13 min avro cərimələnə bilər


Sinqapurda 27 yaşlı sərnişin hava limanında bilet alıb, lakin istifadə etmədiyi üçün tutulub. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o, 2i il həbs cəzası və 13 min avrodan çox cərimə oluna bilər.

Əslində saxlanılan şəxsin billet almaqda məqsədi sərnişin hava limanının tranzit zonasına girmək və həyat yoldaşı ilə vidalaşmaq imiş. Lakin yerli qanunvericiliyə görə, tranzit zonaya yalnız səyahət etmək istəyənlərin daxil olmaq hüququ var.

Sözügedən şəxslə bağlı Sinqapur polisi Facebookda bir daha xatırlatma edib. Bildirilib ki, hava limanının tranzit zonaları qorunan, mühafizə edilən ərazilər hesab edilir: "Əgər sərnişinlər təyyarəyə minməyi planlaşdırmırsa və transit zonaya daxil olursa, infrastrukturun qorunması haqqında qanunun pozulmasına görə məsuliyyət daşıyırlar". 
İndi qanun pozucusu iki ilədək həbs cəzası və 13 min avrodan çox cərimə gözləyir.

Qeyd edək ki, Sinqapurda bu ilin yanvar ayından etiabrən bu cür pozuntulara görə 33 sərnişin cinayət məsuliyyətinə cəlb edilib.

Dünya,
03.09.2019 09:28 43
Teqlər: İqtisadiyyat, dünya, nəqliyyat, təyyarə, bilet, sərnişin, uçmaq, tutulma, cəza,