Logo

Azərbaycanlı gənc Avropa ölkələrini piyada gəzəcək - FOTO


Ağa Mehdi Jurnalist və dental marketing üzrə mütəxəssis Ağa Mehdi bu günəcən düynanın 30 ölkəsində 50-dən çox şəhərə səyahət edib.Onun növbəti istəyi 10 Avropa ölkəsini piyada gəzməkdir.

Bu barədə modern.az saytına Ağa Mehdi özü məlumat verib. Səyahət proqramına Estoniya-Latviya-Litva-Polşa-Almaniya-Hollandiya-Belçika-Fransa-İspaniya-Potuqaliya daxildir. Bu 4000 kilometr yolu piyada getmək deməkdir.

“Nəsib olsa, hər hansı bir problem yaranmasa 2019-ci ilin Noyabr ayında məhz Estoniyanın Paytaxtı Tallin şəhərindən tək piyada yola düşüb, səfəri Lissabonda tamamlamağı nəzərdə tutmuşam.

Simvolik Olaraq Tallinə-Helsinkidən gəlməyi planlaşdırıram. Əsas mesaj, hədəf dünyada baş verən iqlim dəyişikliklərinə, mənfi nəticələrinə dünya ictimaiyyətinin diqqətini çəkmədir və s.

Əlbəttə, Azərbaycanlı olmağım əməllərimin nəticədə – Azərbaycana, Azərbaycanlı adına da müsbət təsir edəcəyini düşünürəm.

Bu, çox çətin, uzun və bir az da təhlükəli prosesdir. Eyni zamanda mən şüurli şəkildə cəhdimi edəcəm, nəticələrin isə faydalı olacağına tam inanıram, Allahın köməyi ilə.Mənim yeganə istəyim müsbət dəyərləri yaymaq, mənfilərin qarşısını almaqdır”,- deyə o bildirib.

Ağa Mehdi 2018-ci ildə Bremen Universitetində Marketinq və social media üzrə 1 aylıq programı oxuyub, bu il isə Helsinki Unversitetində Digitalstorytelling:media və yeni texnologiyalar isə 3 həftəlik programı bitirib. Ekologiyanın qorunması üzrə müxtəlif tədbirlərdə aktiv iştirak edib.

Turizm,
02.09.2019 21:00 35
Teqlər: azərbaycanlı, İqtisadiyyat, turizm, piyada, gəzmək, Avropa, foto,