Logo

Azərbaycanda məşhur şirkət cərimələnib


Nəsimi Rayon Məhkəməsində "Global Interiors Group" MMC-nin cərimə edilməsi barədə qərar çıxarılıb.

"Report"un xəbərinə görə, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən yazdığı protokol üzrə cərimələnib.

Qeyd edək ki, İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Məhkəmənin qərarından verilən şikayətə Bakı Apelliyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, "Bridge Group of Companies" şirkətlər qrupuna daxil olan Global Interiors Group (GIG) şirkəti 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət tikinti, təmir, planlaşdırma, interyerlərin yaradılması, mebel, dekor, material seçilməsi, landşaftın yaşıllaşdırılması xidmətləri göstərir. 

Biznes,
02.09.2019 17:11 49
Teqlər: İqtisadiyyat, biznes, şirkət, məşhur, cərimə, cəza, məhkəmə, Bakı, ölkə,