Logo

Nazir müavini subsidiyalardan məhrum olacaq fermerlərdən danışdı


Azərbaycanda əkin sahəsi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə yalan məlumat verən fermer subsidiyadan məhrum ola bilər.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, sistemə fermer tərəfindən daxil edilən infomasiya operativ yoxlanılacaq və araşdırılacaq.

Əgər daxil edilən informasiyada 5 faizə qədər səhv məlumat aşkarlanarsa, fermerə düşən subsidiya veriləcək:

"Əgər məlumatda 20 faiz xəta aşkarlanarsa, həmin fermerin qanuni subsidiyası 30 faiz azaldılacaq. Əgər xəta 30-50 faiz artırılıbsa, sahibkar 1 il, 50 faizdən artıq olarsa, 2 il subsidiyadan məhrum ediləcək".

Aqrar,
02.09.2019 17:06 51
Teqlər: İqtisadiyyat, aqrar, subsidiya, fermer, yalan, məlumat, yalan, açıqlama, nazirlik, nazir, müavin,