Logo

Aldığınız məhsulların son istifadə tarixinə baxırsınızmı? - VİDEOSORĞU


Vaxtaşırı müştərilər aldıqları məhsulların son istifadə tarixinin keçməsinə baxmayaraq satışda olması ilə bağlı şikayətlər edir. Həmin vaxtı keçmiş məhsulların satışdan çıxarılması birbaşa sahibkarın məsuliyyəti olmasına baxmyaraq, müştərilər də diqqətli olmalıdır. Əgər müştəri məhsulun son istifadə tarixinin keçdiyini aşkarlayarsa, mağaza rəhbərliyinə məlumat verməli və problemli məhsulun vitrindən yığışdırılmasını tələb etməlidir.

“Report” əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib və məhsul alarkən son istifadə tarixinə baxıb-baxmamaları ilə maraqlanıb.

Sorğu,
02.09.2019 13:20 67
Teqlər: İqtisadiyyat, sorğu, video, əhali, camaat, məhsul, sual, son, istifadə, tarix,