Logo

“Azərkosmos” iyulda 7 milyon dollarlıq xidmət ixrac edib


Bu ilin yanvar-iyul aylarında Azərkosmos" ASC dünyanın 22 ölkəsinə 25,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayında bildirilir.

Məlumata görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.

“Təkcə iyulda isə “Azərkosmos” dünyanın 21 ölkəsinə 6,9 milyon dollar dəyərində xidmət ixrac edib. Qurumun 7 ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, BƏƏ olub”, - deyə məlumatda bildirilir.

Biznes,
30.08.2019 15:52 34
Teqlər: İqtisadiyyat, biznes, ixrac, kosmos, Azərkosmos, peyk, dollar, milyon, xidmət, gəlir, faiz,