Logo

Assosiasiya sədri: Azərbaycanın potensialı şərab turizminin inkişafına imkan verir


Azərbaycanın iqlimi, potensialı ölkəmizdə şərab turizminin inkişaf etməsinə imkan verir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov Şamaxıda Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan “Azərbaycanda şərab sənayesinin inkişaf perspektivləri və ixrac potensialının inkişafı” adlı dəyirmi masada deyib.

Şərabçılıq və üzümcülüyün Azərbaycan üçün ənənəvi sahə olduğunu nəzərə çatdıran E.Mədətov qeyd edib ki, son 10 il ərzində ölkəmizdə şərabçılığın inkişafı üçün böyük işlər görülüb. Son 10 ildə Azərbaycanda tam müasir standartlara uyğun 12-yə yaxın şərab zavodu tikilib. Azərbaycanın şərab zavodlarında dünyanın tanınmış mütəxəssisləri çalışırlar.

E.Mədətov qeyd edib ki, son illər ərzində Azərbaycanda şərabçılığa maraq artıb. 2017-ci illə müqayisədə 2018-ci ildə şərab məhsullarının ümumi istehsal göstəricisi 50 faizə yaxın, ixrac edilən məhsulların miqdarı 29,4 faiz artıb:

“Çox təəssüf ki, biz sovet dövründə olan göstəricilərdən hələ uzağıq. Amma hesab edirəm ki, şərabçıların və dövlətin dəstəyi ilə keçmiş nəticələrimizi əldə edə biləcəyik”.

Turizm,
30.08.2019 14:04 38
Teqlər: İqtisadiyyat, turizm, şərab, çaxır, istehsalçı, ixracatçı, assosiasiya, sədr, Azərbaycan, potensial,