Logo

Müəllimlərin əlavə yerləşdirməsi üzrə müsabiqəyə 4011 vakant yer çıxarılıb


Müəllimlərin əlavə yerləşdirməsi üçün müsabiqəyə 4011 vakant yer çıxarılıb. Bu günə olan məlumata görə, namizədlər 4000-ə qədər vakant yer seçərək elektron ərizələrini təsdiq ediblər”. 

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib. Onun sözlərinə görə, müsabiqədə iştirak üçün 17 minə yaxın insan qeydiyyatdan keçsə də, hələ də ərizələrini təsdiqləməyiblər. Sentyabrın 2-3-də elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanan namizədlər üçün müsahibə mərhələsinin təşkil edilməsi nəzərdə tutulub. Müsahibədən keçən namizədlər müddətsiz əsaslarla işə qəbul ediləcəklər. 

Murad Camalzadə bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin birinci mərhələsində 3000-ə qədər namizəd uğur qazanıb və onlar 2019-2020 tədris ili üçün daimi əsaslarla işə qəbul ediliblər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçimi bu gün başa çatır. Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək vakant yer seçib elektron ərizələrini təsdiq etməlidirlər.

Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən  – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.

Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

Vakansiya,
29.08.2019 21:00 36
Teqlər: nazirlik, müəllim, tədris, vakant, təhsil, vakansiya, İqtisadiyyat, açıqlama, dərs,