Logo

Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası keçiriləcək


Sentyabrın 9-dan 13-dək Sankt-Peterburqda Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası keçiriləcək.

Azərtac tədbirin saytına istinadla xəbər verir ki, sessiyada 150-dən çox ölkənin nümayəndəsi, Dünya Turizm Təşkilatının tərəfdaşları, dövlət və özəl sektorun, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcəklər. Sessiyanın proqramına əsasən, tədbirdə Azərbaycan nümayəndələrinin də iştirakı gözlənilir.

Turizm,
29.08.2019 09:46 28
Teqlər: İqtisadiyyat, turizm, dünya, təşkilat, tədbir, assambleya, sessiya, dövlət, özəl, sektor, qeyri-hökumət,