Logo

Gürcülərin turizm xərci və qazancı


Gürcüstanın Milli Statistika Xidməti yeni turizm statistikası açıqlayıb.

Novator.az-ın məlumatına görə, 2019-cu ilin aprel-iyun aylarında xaricə yollanan 780,1 min Gürcüstan vətəndaşının 60,4%-nin turist kimi səyahət etdiyi bildirilir.

Gürcüstanlı turistlərin xarici ölkələrdə orta hesabla 3,8 gecə keçirdiyi vurğulanır.

Hesabata əsasən, Gürcüstan vətəndaşlarının 44,3%-i Türkiyəni, 20,4%-i Azərbaycanı, 10,9%-i Ermənistanı ziyarət edib.

Statistikaya görə, 2019-cu ilin ikinci rübündə Gürcüstan vətəndaşları xarici ölkələrdə 617,5 milyon lari (224,5 milyon dollar) vəsait xərcləyib. Hər gürcüstanlı səyahətçi xaricdə orta hesabla 1100,7 lari (400 dollara yaxın) pul sərf edib.

2019-cu ilin ikinci rübündə Gürcüstana 2,2 milyon xarici gəlib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 13,4% çoxdur. Xarici turistlərin üç ayda Gürcüstanda 2,4 milyard lari (873 milyon dollar) xərclədiyi qeyd olunur.

Turizm,
28.08.2019 17:21 47
Teqlər: İqtisadiyyat, turizm, gəlir, qazanc, Gürcüstan, ölkə, qonşu, turist, qonaq, xaric,