Logo

Azərbaycanın 9 iqlim balı adlı marka yaradılacaq


“Almaniya Azərbaycanın 9 iqlim qurşağına uyğun bal ixrac etmək istəyir”.

Bunu “Report”a Azərbaycan Arıçılar Assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, Almaniyadan gələn iş adamları Azərbaycanda 9 tip iqlim balı adlı marka yaradılması istiqamətində iş aparır: “Azərbaycan 9 iqlim qurşağında yerləşdiyinə görə, hər iqlim qurşağına uyğun 9 tip bal ixrac etmək istəyirlər. Bu istiqamətdə danışıqlar davam edir”.

B.Həsrətov qeyd edib ki, Avropa ölkələri Azərbaycandan heyvan mənşəli qidaların idxalına qadağa qoyub: “Bu məhdudiyyət aradan götürülən kimi biz Avropaya bal ixrac edə biləcəyik. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə görüş keçirmişik. Biz AQTA-dan Avropa ölkələri ilə Azərbaycandan heyvan mənşəli qidaların idxalına məhdudiyyətin aradan qaldırılması üçün danışıqlar aparmalarını xahiş etmişik".

Biznes,
28.08.2019 16:29 41
Teqlər: ixrac, bal, biznes, İqtisadiyyat, iqlim, uyğun, marka, yaranma, Azərbaycan, Almaniya, yarmarka,