Logo

Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçirilir


Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçirilir.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, avqustun 27-dən 29-dək Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirilir.

Tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edir.

Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq.

Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Turizm,
28.08.2019 15:22 44
Teqlər: İqtisadiyyat, turizm, dövlət, agentlik, Rusiya, Azərbaycan, təqdimat, potensial,