Logo

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir


Avqustun 28-də dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlar üzrə müsahibə mərhələsinə başlanılıb.

Bu mərhələdə Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin iştirakı nəzərdə tutulur.

Sözügedən rayonlar üzrə müsahibələr avqustun 30-dək davam edəcək. Müsahibənin nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarix barədə namizədlərə məlumat veriləcək.

Xatırladaq ki, iyulun 13-dən 19-dək dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Ümumilikdə 3 min 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 min 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1643 nəfər iştirak edib.

Avqustun 21-23-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.(azərtac)

Vakansiya,
28.08.2019 12:08 41
Teqlər: İqtisadiyyat, vakansiya, direktor, məktəb, rayon, müsahibə, mərhələ, başlama, davam,