Logo

Antalya bu il rekord sayda əcnəbi turist qəbul etdi


Türkiyənin Antalya vilayəti bu il rekord sayda əcnəbi turist qəbul edib.

Modern.az  Türkiyə mediasına istinadən  xəbər verir ki, Antalyaya bu ilin 8 ayında 1 milyona yaxın turist gəlib:

"Türkiyənin Antalyadakı məşhur turizm mərkəzləri bu il yanvarın 1-dən avqustun 22-dək olan dövr ərzində 10 milyondan çox turist qəbul edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricini 17,6% qabaqlayır. Ötən ilin sözügedən dövründə xaricdən gələn qonaqların sayı 8,6 milyon nəfər təşkil edib".

Siyahıda birinci pillədə Rusiya, ardınca isə Almaniya və Ukrayna vətəndaşları qərarlaşıb.

Turizm,
28.08.2019 09:45 70
Teqlər: İqtisadiyyat, turizm, turist, Türkiyə, Antalya, qəbul, milyon, rekord, rüb, müddət,