Logo

Azərbaycanda turistin başına “oyun” açdılar - QALMAQAL


Sosial şəbəkələrdə özəl turizm şirkətlərindən birinin vətəndaşları aldatması barədə informasiya yayılıb.

Belə ki, vətəndaş Leyla Məmmədli “İntravel.AZ” şirkətindən şikayətçi olduğunu bildirib. Ailəsi ilə birgə Antalyaya səyahət etməyə hazırlaşan xanım turist  hava limanına çatanda gözləmədikləri xəbəri alıblar. Antalyaya uçmaq üçün öncədən biletin pulu ödənilib, otel “bron” edilsə də, məlum olub ki, ortada nə bilet var, nə də otel.

Şikayətçi turistin sözlərinə görə, həmin şirkətin dələduzluğu ilə bağlı hazırda 20-dən çox vətəndaş əziyyət çəkir.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə  mövzu ilə bağlı modern.az-ın sorğusunu cavablandırıb. O bildirib ki, məlum hadisə ilə bağlı araşdırmalara başlanılıb:

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bu məsələ ilə bağlı araşdırma aparıb. Şirkətdən alınan məlumata əsasən, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlıdırlar. Şirkətin rəhbərliyinin sözlərinə görə,  vətəndaşları aldadan şirkətin keçmiş işçisi olan  xanımdır. Həmin xanım işdən uzaqlaşandan sonra bir neçə vətəndaşdan  ofisdən kənar yerdə ödənişlər toplanıb. Ödənişləri toplayan xanım tərəfindən həmin vətəndaşlara nə çek və qəbz  verilib, nə də  hər hansı  məlumatlar haqqında bir söz deyilib”

Agentlik rəsmisi bildirib ki, vətəndaşları aldadan qadın - “İntravel.AZ”ın keçmiş satış müdiri Nərgiz Məmmədova qanun qarşısında cavab verəcək:

“Şirkət iddia edir ki, həmin xanım keçmiş işçidir və vətəndaşları aldatmaqla məşğul olub. Hazırda həmin xanım hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Tapılan kimi qanun qarşısında cavab verəcək”

Turizm,
27.08.2019 12:00 106
Teqlər: İqtisadiyyat, turizm, agentlik, dövlət, Azərbaycan, turist, özəl, şirkət, oyun, açıqlama,