Logo

Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib


Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

İqtisadiyyat.Az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif olunub.

Sənədlər,
26.08.2019 10:16 54
Teqlər: İqtisadiyyat, sənədlər, prezident, sərəncam, şeyxülislam, orden, medal, Heydər Əliyev,