Logo

Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü


Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu Vətənə geri dönüblər.

İqtisadiyyat.Az xəbər verir ki, bunu APA-ya  açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib. 

Onun sözlərinə görə, sonuncu qrupda 159 zəvvar olub. 

Qeyd edək ki, zəvvarların ilk qrupu avqustun 21-də Azərbaycana qayıdıb. 

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları olub.

Turizm,
26.08.2019 09:45 73
Teqlər: İqtisadiyyat, turizm, həcc, ziyarət, qrup, son, vətən, dönmək, Azərbaycan, Səudiyyə, Ərəbistan, Məkkə,