Logo

Bakı və Gəncənin bir hissəsində qaz yoxdur


Bu gün səhər saat 09:00-dan Gəncə şəhərində bir qrup abonentin qaz təchizatı dayandırılıb.

Bununla bağlı "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bu müddət ərzində aşkar edilmiş qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri icra olunacaq.

Saat 09:30-dan 17:30-dək isə Göyçay rayonunun bir neçə kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində sazlama işləri aparıldığından təchizatda dayandırmalar olacaq.

Avqustun 21-də səhər saat 10:00-dan Sabunçu rayonunun Pirşağı, Nardaran qəsəbələri, Bilgəh qəsəbəsinin bir hissəsində, 2-ci Sovxoz yaşayış massivində, Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində, Suraxanı rayonunun Hövsan qəsəbəsində də qaz təchizatında məhdudiyyətlər tətbiq ediləcək. Bu müddət ərzində qaz xətlərində mənbəyə birləşdirmə, təmir-bərpa və quraşdırma işləri aparılacaq.

Sosium,
21.08.2019 10:28 47
Teqlər: İqtisadiyyat, sosium, təbii qaz, təbii, qaz, dayanma, məhdudiyyət, təchizat, ölkə, rayon, şəhər,