Logo

206 əcnəbi Azərbaycandan qaçqın statusu almaq istəyir - RƏSMİ


Azərbaycanda qaçqın status almaq istəyən əcnəbilərin sayı 200-ü keçib. 

Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirilib.

“2019-cu ilin ilk altı ayı ərzində qaçqın statusu almaq niyyətində olan 206 əcnəbi (ailə üzvləri ilə birlikdə 381 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib”.

Mətbuat xidməti son 6 ay ərzində Azərbaycanın qaçqın status verdiyi ərizəçilərin sayını da açıqlayıb.

“2019-cu ilin 6 ayı ərzində 5 ərizəçiyə (ailə üzvləri ilə birlikdə 18 nəfər) qaçqın statusu verilib. Son dövrlərdə qaçqın statusunun verilməsi ilə bağlı müraciət edən ölkə vətəndaşlarının sırasında Əfqanıstan, Pakistan, Suriya, İraq və s. kimi ölkələrdən olan şəxslər yer alır”.(modern.az)

Sosium,
21.08.2019 10:08 68
Teqlər: vətəndaş, insan, Azərbaycan, status, qaçqın, sosium, İqtisadiyyat, miqrasiya,