Logo

Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir - FOTO


Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.

“Report” xəbər verir ki, hərbi pilotun yaşadığı evin həyətində keçirilən vida mərasimində R.Atakişiyevin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Saat 10.00-da isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçiriləcək.

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

Sosium,
21.08.2019 09:37 39
Teqlər: İqtisadiyyat, sosium, vida, mərasim, foto, pilot, qırıcı, təyyarə, qəza,